Gizlilik siyasəti
Son yenilənmə: 2 noyabr 2026
Bamar diş həkimləri və klinikalar üçün pasiyent, qəbul, müalicə və maliyyə idarəetmə tətbiqidir. Bu səhifə tətbiqdə hansı məlumatların saxlanıldığını və onlarla nə edildiyini izah edir.
Hansı məlumatlar saxlanılır
- Hesab məlumatları: ad, e-poçt, telefon nömrəsi və şifrənin şifrələnmiş (hash) forması.
- Həkimin daxil etdiyi pasiyent məlumatları: əlaqə məlumatları, tibbi anamnez, müayinə və müalicə qeydləri.
- Qəbul cədvəli, müalicə planları və prosedurlar.
- Pasiyent ödənişləri və klinika xərcləri.
- Yüklənmiş şəkillər və sənədlər, profil şəkli.
Məlumatlardan necə istifadə olunur
Məlumatlar yalnız tətbiqin işləməsi üçün istifadə olunur. Onlar reklam, izləmə (tracking) və ya satış məqsədilə istifadə edilmir və üçüncü tərəflərlə paylaşılmır. Tətbiqdə reklam və ya izləmə SDK-ları yoxdur.
Pasiyentlərə göndərilən SMS-lər
Bamar həkimin adından pasiyentlərə qəbul barədə qısa SMS göndərir: qəbul xatırlatması, qəbulun vaxtı dəyişəndə və qəbul ləğv olunanda bildiriş. Məqsəd pasiyentin qəbulu unutmaması və vaxt dəyişikliyindən vaxtında xəbər tutmasıdır.
- Pasiyent haqqında SMS-də yalnız adı və soyadının baş hərfi göstərilir (məsələn, “Aysel M.”), tam soyad yazılmır.
- Qəbulun tarixi və saatı.
- Həkimin adı və soyadı, klinikanın adı.
- Həkimin ayarlarda göstərdiyi əlaqə nömrəsi (göstərilməyibsə, həkimin hesab nömrəsi).
SMS-ə diaqnoz, müalicə, ödəniş və digər tibbi məlumatlar daxil edilmir. Həkim qeydiyyat zamanı adının, soyadının və klinika adının SMS-lərdə göstərilməsinə razılıq verir (razılığın tarixi saxlanılır). Pasiyentə SMS göndərilməməsi üçün pasiyent kartında “SMS göndərilməsin” seçimi var. SMS-lər göndərilmək üçün SMS provayderinə ötürülür; mesajlar gecə saatlarında (həkimin ayarladığı sakit saatlarda) göndərilmir.
Məlumatların qorunması
Məlumatlar HTTPS vasitəsilə ötürülür. Hər həkimin məlumatları ayrıca iş sahəsində saxlanılır və digər istifadəçilər üçün əlçatan deyil. Giriş tokenləri cihazda təhlükəsiz yaddaşda (iOS Keychain) saxlanılır. Məlumatlar Railway infrastrukturunda yerləşən verilənlər bazasında və fayl yaddaşında saxlanılır.
Hesabın və məlumatların silinməsi
Tətbiqin Ayarlar bölməsindən “Hesabı sil” seçimi ilə hesabınızı silə bilərsiniz. Bu zaman hesabınıza və iş sahənizə aid pasiyent məlumatları, qeydlər və yüklənmiş fayllar silinir. Əməliyyat geri qaytarılmır.
Pasiyent məlumatları
Pasiyent məlumatlarını tətbiqə daxil edən həkim və ya klinika həmin məlumatlara görə məsul tərəfdir və onların toplanması üçün lazımi razılığı almalıdır. Bamar tibbi diaqnoz qoymur və müalicə tövsiyəsi vermir.
Əlaqə
Suallar və məlumatlarla bağlı sorğular üçün: destek@bamar.az